• Ç. Dek 17th, 2025

Ermənistan prezidenti: “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır”

Byadmin

May 30, 2023


Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanın rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mesajını mühüm adlandırıb.

Bu barədə  yerli mətbuat məlumat yayıb.

Məlumata görə, Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanla görüşündə hökumətin regionda sülhün bərqərar edilməsi siyasətini tam dəstəklədiyini bəyan edib.

Nikol Paşinyan da öz növbəsində prezidentlə görüşləri vacib adlandırıb. Paşinyan hesab edir ki, xalq hakimiyyətin müxtəlif qolları və dövlət aparatının səmərəli fəaliyyəti arasında institusional əlaqəni görməlidir.