“Hakimiyyət ölkənin dinc inkişaf erasına keçməsini təmin etməlidir”.
Yenigun.news bildirir ki, bu barədə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan parlamentin bu günkü iclasında çıxışı zamanı deyib:
“Biz gərək bu yolla gedək. Bu təkcə bizdən asılı deyil. Xalq onu hara apardığımızı bilməlidir”-deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, bu gün belə bir imkanın yarandığını görür: “Sadəcə siyasi iradə göstərib tost deməkdən məsələnin həllinə keçmək lazımdır”.
Paşinyan deyib ki, dinc inkişaf erası dialoq, kommunikasiyaların açılmasını tələb edir. Onun sözlərinə görə, Ermənistan İranla, Rusiya ilə dəmiryolu xətlərinin açılmasını istəyir.
“Biz Azərbaycan ərazisindən keçək, amma Azərbaycan bizim ərazidən keçməsin? Bunu biz necə təsəvvür edirik? Başqa cür də mümkündür: Nə onlar, nə də biz ərazilərimizdən keçməyəcəyik. Bu o deməkdir ki, biz özümüz ölkəmizi blokadaya salan siyasət aparırıq. Belə olmaz, qərar qəbulu ilə bağlı addım atmaq lazımdır”.