• Şb. Noy 23rd, 2024

Zəngəzurda gərginlik: Azərbaycanlı hərbçilər 10 erməni əsgərini döydü

ByYenigun.news

May 21, 2021

Ötən axşam Sünik (Zəngəzur) vilayətində baş verən insident nəticəsində ümumilikdə 10 erməni hərbçi xəsarət alıb.

Yenigun.news xəbər verir ki, bu barədə yerli rəhbərlik “Tert.am”a məlumat verib. Bildirilib ki, xəsarət alan erməni hərbçilər Gorusdakı xəstəxanaya yerləşdirilib. Onların xəsarətlərinin yüngül olduğu bildirilir. Hadisə barədə Ermənistanın Müdafiə Nazirliyinə məlumat verilib.

Qeyd edək ki, erməni jurnalist Ariana Hovsepyan “Facebook” hesabı vasitəsilə açıqlamasında ötən gecə azərbaycanlı hərbçilərin erməniləri döydüyünü, Gorus hərbi hissəsinin qərargah rəisinin burnunu sındırdığını açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir