• Şb. Noy 30th, 2024

Tanınmış səyyahlar İstisu və Laçında olublar – FOTO

ByYenigun.news

İyn 15, 2023


İşğaldan azad olunmuş ərazilərdə dördgünlük səfərdə olan məşhur səyyahlar Kəlbəcər rayonunun Zülfüqarlı kəndində yerləşən İstisuda olublar.

“Report” xəbər verir ki, səyyahlara İstisu və işğal zamanı ermənilərin torpaqlarımızda, o cümlədən, Kəlbəcərdə törətdikləri vəhşiliklər barədə məlumat verilib.

Daha sonra səyyahlar Laçın şəhərinə gəlib, burada aparılan tikinti-quruculuq işlərinin şahidi olub, Laçına köç edən ailələrlə söhbət ediblər.

Qeyd edək ki, iyunun 14-də dünya şöhrətli səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri başlayıb. Nümayəndə heyəti 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcək.

Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir