• Ça. Dek 23rd, 2025

Selçuk Bayraktar Azərbaycanı Bəxtiyar Vəhabzadənin şeiri ilə təbrik etdi – FOTO/VİDEO

Byadmin

İyn 15, 2023


“Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

O, özünün “Twitter” səhifəsində Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən bir bənd paylaşıb:

“Birdir bizim hər halımız,

Sevincimiz, məlalımız,

Bayraqlarda hilalımız,

Azərbaycan, Türkiyə.

Can Azərbaycanın 15 iyun – Milli Qurtuluş Gününü təbrik edirəm”.