• C. Noy 29th, 2024

“Baş nazirin Bakıya səfəri göstərdi ki, Pakistan Azərbaycanın yanındadır” – ŞƏRH + FOTO

ByYenigun.news

İyn 16, 2023


“Pakistan dünyanın ən böyük dövlətlərindən, nüvə arsenalına malik olan ölkələrdən biridir. Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət kimi Pakistanla münasibətlərimiz qarşılıqlı olaraq, yüskək əməkdaşlıq səviyyəsindədir”.

Bu fikirləri Oxu.Az-a Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Rzayev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfərinin əhəmiyyətindən danışarkən deyib. Deputat qeyd edib ki, münasibətlərin yüksək səviyyədə qorunması ölkə rəhbərlərinin bu əməkdaşlığa böyük önəm verməsindən irəli gəlir:

“Pakistanın bundan əvvəlki baş nazirlərinin dövründə də ölkələrimiz arasında sağlam münasibətlər, əlaqələr var idi. İqtisadi, siyasi, ticarət, mədəniyyət, turizm və digər sahələrdə çox böyük əməkdaşlığımız var.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərindən dərhal sonra Pakistanın baş nazirinin Azərbaycana gəlməsi də, əlbəttə ki, bu münasibətlərin daha geniş məcrada davam etdiriləcəyinə bir nümunədir. Çünki Pakistan-Türkiyə-Azərbaycan üçlüyü artıq dünyada tanınmaqdadır. Bu dövlətlər bir birinə daim dəstək verirlər. Müharibə dövründə də Pakistan daima Azərbaycanın yanında olduğunu bəyan etdi və çox yaxşı haldır ki, Azərbaycan xalqı da bu dəyəri yüksək qiymətləndirir. Bu gün də Ermənistanın Pakistanda səfirliyi yoxdur və onlar Azərbaycana görə Ermənistanla bütün münasibətləri pozublar. Pakistanın və Türkiyənin bu gün Azərbaycanın haqlı, ədalətli, işinə dəstək verməsi və əlaqələrin genişləndirilməsi hər üç ölkənin milli maraqlarına cavab verir. Milli maraqlara cavab verilməsi isə ölkələrin inkişafı, xalqların təhlükəsizliyi üçün çox vacibdir.

Biz hərbi sahədə də əməkdaşlığı davam etdiririk və Pakistandan silah, hərbi sursat alırıq və müəyyən məsələlərdə Azərbaycan Pakistanı dəstəkləyir. Bu üç dövlətin birliyi sözsüz ki, dünyada sülhə əmin amanlığa, inkişafa xidmət edir. Baş nazir Məhəmməd Şahbaz Şərif Bakıya səfəri ilə bütün dünyaya bəyan etdi ki, Pakistan əvvəl olduğu kimi yenə də Azərbaycanın yanındadır və əməkdaşlığın davam etdirilməsində maraqlıdır”.

Aysel Aslan 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir