• C. Noy 29th, 2024

Svyatoslav Andrianov: “Almaniya ümumavropa siyasətinə uyğun hərəkət edir, Fransa isə öz oyununu oynayır”

ByYenigun.news

İyn 17, 2023


“Almaniya özünü Fransa kimi aparmaq iqtidarında deyil və belə bir niyyəti də yoxdur”.

Bu sözləri Beynəlxalq Siyasi Analiz və İnformasiya Təhlükəsizliyi Mərkəzinin direktoru, Avrasiyada Strateji Tərəfdaşlıq üzrə Berlin Komitəsinin sədri Svyatoslav Andrianov Oxu.Az-a müsahibəsində deyib.

“Son yarım il ərzində müşahidə edirik ki, Paris Avropa siyasətinə uyğun davranmaqla yanaşı öz ayrıca oyununu da oynayır. Elə bu yaxınlarda Berlində yeni milli təhlükəsizlik strategiyasına həsr olunmuş ekspert diskussiyaları zamanı yüksək səviyyəli ekspertlər qeyd etdilər ki, Almaniya özünü Fransa kimi aparmaq iqtidarında deyil və belə bir niyyəti də yoxdur. Əgər Paris Avropa İttifaqının ümumi konyunkturasından fərqlənən öz oyunu ilə, məsələn, Çin treki ilə məşğuldursa, bu halda onların digər istiqamətlərdə də potensial olaraq eyni davranmaları ehtimalı yüksəkdir”, – deyə o qeyd edib.

“Amma İranın Ermənistana böyük təsirini, Ermənistan-Azərbaycan nizamlanmasında marağını və Tehranın İrəvana verdiyi dəstəyi də qeyd etmək istərdim. Beləliklə, təkcə Fransa deyil, qlobal qarşıdurmada iştirak edən digər oyunçular da mövcuddur ki, onların öz maraqları var və təbii ki, son təxribatların arxasında da onların dayanmaları mümkündür”, – deyə Svyatoslav Andrianov əlavə edib.

Onun sözlərinə görə, Moskvaya gəlincə, xüsusi hərbi əməliyyat (Ukraynadakı müharibə – red.) lakmus kağızı kimi Ermənistanın Rusiyaya olan əsl münasibətini göstərib. “Nikol Paşinyanın Ermənistanın tərəfdaşı və müttəfiqi olan Rusiyanın dəstəyi ilə bağlı sözlərinə baxmayaraq, İrəvan köklü şəkildə fərqli davranış nümayiş etdirir. Amma eyni zamanda Ermənistan tərəfi şikayət də edir ki, Moskva Azərbaycanla qarşıdurmada onlara zəif dəstək verir”, – deyə Andrianov vurğulayıb.

Svyatoslav Andrianov Avropada, xüsusilə də Almaniyada Parisin aşkar şəkildə Ermənistanı dəstəkləməsinə yanaşma, eləcə də Fransa Prezidenti Makronun iştirak etmək arzusunda olduğu nizamlanma prosesində belə bir yanaşmanın müsbət və obyektiv qiymətləndirilməsinin mümkünlüyü barədə də fikrini bildirib. O hesab edir ki, Berlin bu istiqamətdə ümumavropa siyasətinə uyğun hərəkət edir. “Fransa isə öz oyununu oynayır və onun rolu hər kəsə aydındır. Nizamlanma prosesində iştirak edən ölkənin tərəflərdən birinin mövqeyini tutması mümkündürmü? Əlbəttə, yox. Paris hər iki tərəfin maraqlarını nəzərə almalıdır”, – deyə o vurğulayıb.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir