• Ca. Noy 28th, 2024

Büdcənin icrası haqqında qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi

ByYenigun.news

May 24, 2021

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Yenigun.news xəbər verir ki, iclasda komitə üzvləri ilə yanaşı dövlət qurumlarının rəsmi şəxsləri də iştirak edib.

Əvvəlcə iclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) müzakirə olunub.

Daha sonra isə komitə üzvlərinin müzakirəsinə “Kredit ittifaqları haqqında” və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələri (birinci oxunuş) təqdim edilib.

Müzakirələrdən sonra hər 3 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir