ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı narahatlığını bildirib.
Yenigun.news xəbər verir ki, A.Linde bu barədə öz tvitter səhifəsində yazıb.
“Bütün həll edilməmiş məsələlər sülh yolu ilə danışıqlar vasitəsilə həll olunmalıdır. ATƏT dialoq üçün əlverişli atmosfer yaratmaq məqsədilə etimad qurma tədbirlərində yardımçı olmağa və onları həyata keçirməyə hazırdır”, – ATƏT sədri qeyd edib.