Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycan – Ermənistan sərhədində yaranmış münaqişənin həllilə bağlı Rusiyanın təklifini məqbul saydığını bildirib.
Yenigun.news xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Hesab edirik ki, strateji tərəfdaşımız Rusiyanın sərhəddəki münaqişənin həlli barədə təklifi bizim üçün məqbuldur. Biz bu təkliflərin praktikada necə tətbiq olunmasını da konkret şəkildə deyirik”, – deyə Aparan şəhər sakinləri ilə söhbəti zamanı Paşinyan bildirib.