Ermənistan Prezidenti Armen Sarkisyan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanın vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.
Yenigun.news xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Ara Ayvazyan mayın 27-də istefa verdiyini açıqlamışdı. Onun ardınca müavini Qaqik Qalatsyan, mətbuat katibi Anna Naqdalyan da istefaya gedib.