Rusiya Türkiyə ilə avialəqəyə qoyulan qadağanı iyunun 1-dən sonra da uzadacaq.
Yenigun.news xəbər verir ki, bu barədə TASS-a Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahındakı mənbədən bildirilib.
“Uçuşlara qoyulan qadağa uzadıldı”, – deyə mənbə məlumat verib.
Qeyd edək ki, Türkiyəyə uçuşlarla bağlı qadağa qərarı hazırda sabahadək qüvvədədir.
Xatırladaq ki, Rusiya aprelin 15-dən iyunun 1-dək koronavirusa yoluxma sayında artıma görə Türkiyə ilə aviaəlaqəni dayandırıb.