AZTV və “Azərtac”ın jurnalistləri Kəlbəcərdən qoşunlarını çıxararkən ermənilər tərəfində qəsdən basdırılan minanın qurbanı olublar.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində bildirib.
O, beynəlxalq təşkilatları bu insidenti qınamaqda həmrəylik göstərməyə çağırıb.
H.Hacıyev Sirac Abışov və Məhərrəm İbrahimova Allahdan rəhmət diləyib.