İtaliyanın Sardiniya adasının çimərliklərindən qum və balıqqulağı apardıqları üçün onlarla insan 3 min avroya qədər cərimə oluna bilər. TASS-a istinadən xəbər verir ki, hazırda ümumilikdə 41 nəfər çimərliklərdən təxminən 100 kq qum oğurlamaqda şübhəli bilinir.
Yenigun.news TASS-a istinadən xəbər verir ki, hazırda ümumilikdə 41 nəfər çimərliklərdən təxminən 100 kq qum oğurlamaqda şübhəli bilinir.
Məşhur ağ qum Sardiniya adasının təbii sərvəti sayılır və onu çimərlikdən aparmaq qəti qadağandır. Ada sakinlərinin uzun müddətdir ki turistlərin çimərliklərdən qum götürdüklərindən şikayətləndikləri qeyd olunur.
Sardiniyada 2017-ci ildən qum, çınqıl və balıqqulağı ticarəti qanunsuz sayılır.
Yerli polis və gömrük tərəfindən adanın hava və dəniz limanlarında ciddi nəzarət işləri aparılır, çox sayda turistlərin çantalarından yoxlanılarkən qum paketləri tapılır. Təkcə bu il bu pozuntulara görə cərimələrin ümumi məbləği 13 min avro təşkil edib. Müsadirə edilən qum, çınqıl və balıqqulaqları götürülən çimərliyə qaytarılır.