Sumqayıtda bədbəxt hadisə baş verib.
“Yenigun.news” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonu ərazisində qeydə alınıb.
Gənclər arasında yaranmış anlaşılmazlıq ölümlə nəticələnib.
Mübahisə zamanı 1993-cü il təvəllüdlü İmanlı Vahid Cavanşir oğlu yerə yıxılıb və başı daşa dəyib. 28 yaşlı gənc aldığı xəsarətdən dünyasını dəyişib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.