Ermənistan xarici işlər nazirinin bütün müavinləri istefa verib.
“Yenigun.news” erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, istefa ilə bağlı ərizələr ötən həftə baş nazir dəftərxanasına ötürülüb.
Qeyd edək ki, mayın 27-də xarici işlər naziri Ara Ayvazyanın istefasından sonra ilk istefa ərizəsini müavin Qagik Qalaçyan verdi. Ondan sonra isə Avet Adonts, Artak Apitonyan və Armen Qevondyan istefa verdilər.