• Şb. Dek 20th, 2025

Prezident seçkisində nə qədər yerli müşahidəçi qeydiyyatdan keçib?

Byadmin

Yan 9, 2024


Bu günə qədər növbədənkənar prezident seçkisi ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

O deyib ki, MSK-da 242, dairə seçki komissiyalarında 14 281 yerli müşahidəçi qeydiyyatdan keçib.

Bildirək ki, Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.