• Bz. Okt 4th, 2026

4  oktyabr  2020-ci il yaddaşlarda əbədi qalacaq

ByVuqar Ferzeliyev

Okt 4, 2026

        4 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun mərkəzi və bir sıra kəndləri işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi. Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il                           oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur.

        Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan üç rayondan biri olan Cəbrayılın İşğaldan azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir. Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, qəhrəmanlığının nəticəsidir. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

         Cəbrayıl da digər azad edilən ərzilərimizdən biri kimi erməni vandalizmindən çox ciddi zərər görüb, bütün maddi-mədəni irs tamamilə dağıdılıb. Ermənistan uzun illər ərzində kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunurdu.  İki prezident özləri Xocalı soyqırımında iştirak edənlər idi. Onlar Azərbaycan torpaqlarını talayanlar idi. İyirmi il ərzində onlar əllərindən gələni edirdilər ki, bizim işğal olunmuş torpaqlarımızda bu taktikanı işlətsinlər, həmin taktikanı Ermənistanda da tətbiq etməyə başladılar.

        Erməni işğalı dövründə coğrafi mövqeyi nəzərə alınmaqla tamamilə məhv edilən Cəbrayıl rayonu əhəmiyyətli bir regional nəqliyyat-logistika mərkəzi rolunu oynaya bilər. Burada aparılan bərpa işləri öz miqyasına görə xüsusi xarakter daşıyır. 2020-ci ilin 4 oktyabrından başlayaraq  Cəbrayıl rayonunda çoxsaylı layihələr həyata keçirillir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı isə daha böyük quruculuqdan xəbər verir Bu torpağın azadlığı uğrunda canını qurban verən şəhidlərin ruhu da indi rahatlıq tapır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür.

       Qeyri-enerji sektoruna və biznesə daha çox investor cəlb etmək imkanları hər keçən gün artır. Beləliklə, fəxrlə deyə bilərik ki, müzəffər Azərbaycan Ordusu tərəfindən 30 illik erməni işğalından azad olunan şəhər və kəndlərimizə yenidən həyat qayıdır.

                                                                                                          Nəsib İsgəndərov,

                                                          Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir