• Ça. Sen 29th, 2026

Bugünkü dünyada ən önəmli amillərdən biri siyasi və iqtisadi sabitlikdir.

ByVuqar Ferzeliyev

Sen 29, 2026

Müasir dövrdə qloballaşma şəraitində ayrı-ayrı ölkələrin və beynəlxalq münasibətlər sisteminin durumunu xarakterizə edərkən ən çox maliyyə-iqtisadi və siyasi böhran hallarına rast gəlinir. Xüsusilə də ayrı-ayrı regionlarda konfliktlərin, müharibələrin mövcud olması, inkişaf etmiş iqtisadiyyata və siyasi sistemə malik olan ölkələrdə isə sabitliyin öz yerini xaosa verməsi qlobal kataklizmlərin mövcudluğundan xəbər verir. Dünya siyasətinin gələcəyinə təsir edən iqtisadi böhran isə siyasi kataklizmlərin dərinləşməsini şərtləndirir ki, bu da nəticə etibarilə, həm inteqrasiya və əməkdaşlığı zəiflədir, həm də siyasi münasibətlərdə müəyyən qədər etimadsızlıq mühitinin, ziddiyyətlərin artmasına səbəb olur. Dolayısıyla, siyasi və iqtisadi böhran müasir dünyanın əsas problemi kimi çıxış edir. Belə olan şəraitdə milli dövlətlərin siyasi sabitliyi və iqtisadi inkişafı təmin etmələri daha çox strateji əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın investisiya potensialının genişliyini aydın göstərdi. Ölkəmizin əlverişli biznes mühiti, siyasi və iqtisadi sabitliyi, güclü maliyyə imkanları, inkişaf etmiş nəqliyyat infrastrukturu və qonşu dövlətlərlə etibarlı əməkdaşlığı Azərbaycanı Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevirir. Dəmir yollarına, avtomobil yollarına, hava limanlarına və dəniz limanlarına yatırılan sərmayələr tranzit və logistika imkanlarını genişləndirir, rəqəmsallaşma və müasir gömrük idarəçiliyi isə bu potensialı daha da gücləndirir. Dövlət başçısı ölkəmizin enerji imkanlarına da toxunaraq bildirdi ki, neft və qaz sektoru aparıcı mövqeyini qoruyur.

Birbaşa xarici investisiyaların cəlb edilməsi sahəsində isə Azərbaycan dünyada altıncı yerdə qərarlaşır. Eyni zamanda, logistika baxımından da ölkənin böyük potensialı var. Xüsusilə Xəzər dənizi üzərindən keçən nəqliyyat marşrutları, həm dəmir yolu, həm də dəniz bağlantıları vasitəsilə yaradılan imkanlar Azərbaycanın tranzit və logistika mərkəzi kimi mövqeyini gücləndirir.

Bütün bunlarla yanaşı, iqtisadi göstəricilərin ümumi dinamikası və nəticələr çox müsbətdir. Milli valyuta kifayət qədər sabitdir, iqtisadi və siyasi vəziyyət sabit xarakter daşıyır. Ölkədə təhlükəsizlik səviyyəsi də digər ölkələrlə müqayisədə olduqca yüksəkdir.

Eyni zamanda bərpaolunan enerji, elektrik enerjisinin ixracı, enerjiötürücü xətlərin inkişafı, enerjisaxlanc sistemlərinin qurulması və süni intellekt üçün data mərkəzlərinin yaradılması ölkəmizin yeni investisiya və inkişaf istiqamətlərini təşkil edir. Mədənçilik, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi də geniş investisiya imkanlarına malik sahələr sırasındadır.

Azərbaycanın seçdiyi inkişaf yolu milli maraqlara və xalqın ali iradəsinə əsaslanır
Bütövlükdə, bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edərək uğurlu gələcəyə doğru irəliləyir, ölkəmizin bu günü, gələcəyi əmin əllərdədir. Ümummilli Liderimizin layiqli davamçısı olan Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Ulu Öndər Heydər Əliyev ideyalarına söykənir və əldə edilən inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır.
       Azərbaycan dayanıqlı inkişaf və möhkəm ictimai-siyasi sabitliyin fonunda gələcəyə doğru əmin addımlarla irəliləyir. Bununla yanaşı, Azərbaycan özünün milli inkişaf modeli, eyni zamanda, ictimai-siyasi sabitlik və tərəqqisi ilə milli dövlətlər üçün pozitiv nümunə – örnək qismində çıxış edir. Bu zamana qədər əldə edilən nailiyyətlər isə beynəlxalq şəraitdən asılı olmayaraq qarşıdakı dövrün də uğurlu olacağını deməyə əsas verir.

Fərəcov Nazim

Saatlı Dövlət Rəsm Qalereyasının bərpaçı rəssamı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir