4 oktyabr Cəbrayıl şəhəri günüdür. Şərqi Zəngəzur, Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, Cəbrayıl da sıfırdan yenidən inşa edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasəti, diqqəti və qayğısı nərticəsində işğaldan azad edilmiş bu əraziyə həyat yenidən qayıdır. Cəbrayıl rayonuna qayıdış hələ Aprel döyüşləri zamanı əldə etdiyimiz qələbədən sonra başlamışdı. Cocuq Mərcanlı kəndinə sakinlərin o zaman qayıdışı Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin də qeyd etdiyi kimi Böyük Qayıdışın əsasının qoyulması oldu. Öz ev-eşiyindən, doğma yurd-yuvasından məcburi köçkün düşmüş bir milyondan çox soydaşımızın 30 il həsrətlə gözlədiyi Böyük Qayıdış məhz Cəbrayıl rayonundan başladı.
Dövlətimizin rəhbəri azad olunmuş Cəbrayıl rayonuna bir neçə dəfə səfər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib, obyektlərin tikintisi ilə tanış olub. Sovet vaxtında olan yol yenidən qurulmuşdur. Gözəl, gözoxşayan evlər həm dövlətimizin gücünü göstərir, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib.
Azərbaycan xalqı öz köklərinə dərindən bağlıdır. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdir.
Bölgənin yol infrastrukturu surətlə şaxələnir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Respublikası ilə birləşdirəcək layihədir.
Vüqar Əliyev,
Cəlilabad rayonunda məskunlaşmış Cəbrayıl rayon sakini
