Türkiyənin iki pop ulduzu- Demet Akalın və Soner Sarıkabadayı Azərbaycana gələcək.
“Yenigun.news” xəbər verir ki, məşhur müğənnilər Bakının fərqli restoranlarında konsert proqramları ilə çıxış edəcəklər. Demet iyunun 26-sı, Soner isə iyulun 3-də səhnəyə çıxacaq.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni tədbirlərin keçirilməsi qadağandır. Buna baxmayaraq təkcə yerli yox, xarici ulduzların da Bakıdakı restoranlarda çıxışı geniş vüsət alıb.
Daxili İşlər Nazirliyi və Operativ Qərargah yerli restoranlara bu mövzuda xəbərdarlıq edib. Hətta DİN bir neçə məşhur restoranı cərimələyib.