• Bz. Noy 24th, 2024

Anomal isti gözlənilir, temperatur 44 dərəcəyədək yüksələcək – Xəbərdarlıq

ByYenigun.news

İyn 21, 2021

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

“Yenigun.news”un məlumatına görə, həftə ərzində ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, iyunun 24-25-də Bakı şəhərinin bəzi ərazilərində 40-42, respublikanın rayonlarında 35-40, iyunun 24-25-də isə aran rayonlarında 42-44 dərəcəyədək yüksələcəyi gözlənilir.

Tibbi-meteoroloji  proqnoz 

Həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz  güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir