• Be. Noy 25th, 2024

Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur.

ByVuqar Ferzeliyev

Mar 19, 2024

        Azərbaycan 18 oktyabr 1991-ci ildə, SSRİ dağılandan sonra, digər postsovet ölkələri kimi yenidən müstəqilliyini qazandı. Azərbaycan 1992-ci ildə NATO-nun idarə etdiyi Şimali Atlantika Əməkdaşlıq Şurasına üzv oldu və 4 may 1994-cü ildə NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzaladı. SNT Təqdimat Sənədi 19 aprel 1996-cı ildə Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş və aprelin 23-də NATO-nun Baş katibi Haviyer Solanaya təqdim edilmişdir. Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq Proqramı (FTP) 14 oktyabr 1996-cı ildə Şimali Atlantika Şurası tərəfindən təsdiq edildi. 1997-ci ilin noyabrında Azərbaycan NATO əməliyyatlarının müdafiə planlamasına Azərbaycanı daha sıx cəlb etmək üçün SNT Planlaşdırma və Baxış Prosesinə qoşuldu. Azərbaycan Prezidentinin 12 noyabr 1997-ci il tarixli fərmanı ilə NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradılmışdır. NATO Siyasi Komitəsi 12 may 1998-ci ildə Azərbaycanın “19+1” formatında SNT-da iştirakını müzakirə etdi. 15 noyabr 1998-ci il tarixində SNT SOFA və onun Əlavə Protokolu Azərbaycan tərəfindən imzalanmışdır. 1999-cu ilin sentyabrında Qafqazda regional əməkdaşlığı araşdırmaq üçün EAPC xüsusi işçi qrupu yaradılmışdır. Azərbaycan 2002-ci ilin noyabrında NATO PA-nın qərarı ilə assosiativ üzv oldu və 2004-cü ilin martında NATO Əməliyyat İmkanları Konsepsiyasına qoşuldu. 28 iyun 2004-cü ildə İstanbul Zirvəsində Qafqaz bölgəsi müzakirə edildi və üzv dövlətlər Qafqaz və Orta Asiya üzrə nümayəndə vəzifəsi yaratmaq qərarına gəldilər. Sentyabrın 15-də NATO baş katibinin Qafqaz üzrə ilk xüsusi nümayəndəsi təyin edildi.

        İlham Əliyevin səlahiyyətləri dövründə NATO ilə Azərbaycan arasında əməkdaşlıq 2004-cü ildə Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına qoşulduğu üçün genişləndirildi. Prezident, 17 sentyabr 2004-cü ildə FTP sənədində göstərilən təhlükəsizlik sektorunda islahatlar həyata keçirmək məqsədi ilə Azərbaycanın Milli Təhlükəsizlik Siyasəti üzrə İşçi Qrupunun yaradılması haqqında fərman imzaladı. Azərbaycanın ilk FTP-ı 27 may 2005-ci ildə MAK tərəfindən təsdiq edildikdən sonra, İlham Əliyev FTP-ın icrası haqqında avqustun 3-də fərman imzaladı. 7 mart 2008-ci ildə ikinci FTP haqqında NATO ilə Azərbaycan arasında müqavilə imzalandı.

Sədafər Hüseynov

Saatlı Rayon Ağsaqqallar Şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir