• Ç. Noy 27th, 2024

Xarici işlər nazirləri Bakıya gəlir

ByYenigun.news

İyn 25, 2021

Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku Cənubi Qafqaz turu çərçivəsində bu gecə Bakıya gələcəklər. 

Yenigun.news 
xəbər verir ki, bu barədə Rumıniya xarici işlər naziri Boqdan Auresku özünün tvitter səhifəsində yazıb.
 
O, bildirib ki, Bakıdan sonra nazirlər İrəvan və Tiflisə səfər edəcəklər.
 
Qeyd edək ki, nazirlərin Cənubi Qafqaza səfəri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellin tapşırığı ilə baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir