• Ç. Noy 27th, 2024

Benyamin Netanyahunun əməliyyatdan sonrakı vəziyyəti AÇIQLANDI

ByYenigun.news

Apr 1, 2024

“İsrailin baş naziri Benyamin Netanyahu əməliyyat keçirdikdən sonra özünü çox yaxşı hiss edir və xəstəxanada qalaraq gündəlik işlərini davam etdirir”.

Bu barədə İsrail Nazirlər Kabineti rəhbərinin ofisi məlumat yayıb.

Ofis qeyd edib ki, Nazirlər Kabinetinin rəhbəri xəstəxanada olsa da, məsləhətləşmələr və danışıqlar aparır.

Xatırladaq ki, aprelin birində baş nazir növü açıqlanmayan yırtıq əməliyyatı keçirib. Ümumi anesteziya altında həyata keçirilən əməliyyat zamanı Netanyahunu hökumət başçısı postunda müvəqqəti olaraq baş nazirin müavini və ədliyyə naziri Yariv Levin əvəzləyib.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir