Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Azərbaycanla NATO arasında əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.
Bu barədə diplomat özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Biz NATO-nun 75-ci ildönümünü qeyd edirik. NATO bizim ümumi təhlükəsizlik lövbərimizdir və təkcə müdafiə alyansı deyil. Biz Azərbaycanın onilliklər ərzində NATO-nun tərəfdaşı olmasını alqışlayırıq və NATO-Azərbaycan münasibətlərinin gücləndirilməsini səbirsizliklə gözləyirik”, – deyə paylaşımda qeyd edilib.
#NATO-nun 75 illiyini qeyd edirik! NATO bizim ümumi təhlükəsizlik lövbərimizdir və təkcə müdafiə alyansı deyil. Biz Azərbaycanın onilliklər ərzində NATO-nun tərəfdaşı olmasını alqışlayırıq və NATO-Azərbaycan əlaqələrini gücləndirməyi səbirsizliklə gözləyirik!#1NATO75years pic.twitter.com/AHBpaO4O3t
— Ambassador Dr. Ralf Horlemann (@GerAmb_Baku) April 4, 2024