NATO Ukraynaya dəstək missiyası yaradacaq.
Bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Şimali Atlantika Alyansının xarici siyasət idarələrinin rəhbərlərinin Brüsseldə keçirilən görüşündən sonra deyib.
“Biz Ukraynada NATO missiyası yaratmaq qərarına gəldik. Bu, müharibəyə qatılırıq demək deyil. Lakin biz indi alyansın koordinasiya, təlim və planlaşdırma imkanlarından Ukraynaya daha geniş şəkildə dəstək vermək üçün istifadə edə biləcəyik” – deyə o bildirib.
Mənbə: TASS