Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Heydər Əliyev Fondunun sosial şəbəkədəki paylaşımında qeyd edilir.
Xatırladaq ki, Ağdam şəhərindəki Cümə məscidi memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilib. Şəhər Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu müddətdə Cümə məscidi ermənilər tərəfindən yandırılaraq vandalizmə məruz qalmışdı. Torpaqlarımız işğaldan azad olunduqdan sonra 2022-ci ilin martından Ağdam Cümə məscidinin bərpasına başlanılıb.
Aprelin 25-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.
Həmin görüntüləri təqdim edirik: