• C. Noy 29th, 2024

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstanda görüşü baş tuta bilər

ByYenigun.news

Apr 26, 2024




“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında Qazaxıstanın təklifi ilə görüşün təşkili nəzərdən keçirilir, lakin dəqiq tarix hələ razılaşdırılmayıb”.

Bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

O qeyd edib ki, Ermənistan Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə yönəlmiş vasitəçilik səylərini və istənilən danışıq platformalarını dəstəkləyir.

“Qazaxıstan tərəfinin təklifi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mümkün görüşünün tarixi barədə razılığa gələn kimi məlumat verəcəyik”, – Ermənistan XİN sözçüsü qeyd edib.

Mənbə: Armenpress

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir