“Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq”.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 26-da Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxışında deyib.
Ölkəmizin dənizdə təsdiq edilmiş külək enerjisi potensialının 157 giqavat həcmində olduğunu söyləyən dövlətimizin başçısı bildirib ki, bu, bizim potensialımızın göstəricisidir.