• Ç. Noy 27th, 2024

Açıq söz, əsaslı dəlillər

ByVuqar Ferzeliyev

Apr 26, 2024

        ADA Universitetinin təşkil etdiyi “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forum çox əhəmiyyətli tədbirdir oldu Bu tədbirdə dünyanın beyin mərkəzlərini təmsil edən 70-dən çox qonaq iştirak edirdi: Prezident İlham Əliyev forumda çıxış edərək Azərbaycanın bu gün dünyada tutduğu mövqeyini və baxışlarını iştirakçıların diqqətinə çatdırdı. Həm də forum iştirakçılarının regional və qlobal əhəmiyyət daşıyan suallarına Azərbaycanın münasibətini geniş şəkildə açıqladı. Prezident dedi ki,  siyasi ambisiyalar olmayanda Ermənistanla razılığa gələ bilirik. Qazaxıstan
tərəfi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünün təşkili ilə bağlı bizə müraciət edib. Biz buna razılığımızı vermişik və Ermənistan da buna razı olsa, iki ölkənin xarici işlər nazirlərinin növbəti görüşü Qazaxıstanda baş tuta bilər. Burada bir məqama aydınlıq gətirmək istərdim. Söhbət hər hansı vasitəçilikdən getmir. Çünki bu gün sərhədimizdə baş verənlər onu nümayiş etdirir ki, bizimlə heç kəsin işi
olmadığı, bu vəziyyətin kiminsə siyasi ambisiyaları naminə istifadə edilmədiyi halda biz gec-tez razılığa gələ bilərik.

        Göründüyü kimi, dövlət başçımız birbaşa məsələlərdıən danışır, mövcud problemlərin həll yollarını bildirir və ölkəmizin bu problemlərin həllində mövqeyini açıq şəkildə bildirir. Məsələn, Ermənistanla sülh müqaviləsinin imzalanmasına heç vaxt olmadığımız qədər yaxın olduğunu bildirən dövlət başçımız bu gün başlanılan delimitasiya prosesinə yüksək dəyər verdiyimizi bildirərək Ermənistanın 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatın tərkib hissəsi olan Naxçıvana manesiz yolumuzun açılmasının vacibliyini vurğuladı. O cümlədən Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı yenidən silahlandırdığını və bu, ölkəmizə təhdid yaradarsa, mütləq şəkildə tədbir görülməyinə məcbur olacağımızı açıq şəkildə ifadə etdi. Cənab Prezident sözünü açıq deyir və heç kimdən heç nəyi gizlətmir.

       “Yaşıl enerji ilə ənənəvi enerji arasındakı mütənasibliyə gəldikdə, düşünürəm ki, dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq. Bunun bir gün ərzində dayandırılmasını düşünmək sadəlövhlük olardı” – deyən Prezident bildirib. Dünyanın bunun üçün hazır olmadığını vurğulayan dövlətimizin başçısı bildirib: “Dünya iqtisadiyyatı və sənayesi bunun üçün hazır deyil. Fikrimcə, əldə oluna bilinməyən hədəfdənsə, ən yaxşı yol mütənasiblik yaratmaqdır və təkamül yolu ilə getməkdir”. Bildiyimiz kimi, yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarlarına çıxışı Azərbaycanın enerji siyasətinin prioritetiləri sırasındadır.

Əmrah Quliyev,

Cəlilabad  Bələdiyyələrinin

Əlaqələndirmə Şurasının Sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir