• Ca. Noy 28th, 2024

Bloknotdan oxunan hazır cavablar: Ağ Evlə bağlı “çevriliş” iddiası

ByYenigun.news

Apr 29, 2024




Ötən il ABŞ-nin hazırkı lideri Co Baydenin tərəfdaşları Ağ Evdə “çevriliş” hazırlayıblar.

Məlumata görə, onlar ABŞ prezidenti ofisinin mətbuat katibi Karin Jan-Pyeri tutduğu vəzifədən uzaqlaşdırmaq istəyiblər.

Ağ Evin mətbuat katibinin bu postu tutan ilk afro-amerikalı və qeyri-ənənəvi cinsi oriyentasiyanın təmsilçisi olması, eləcə də onun müntəzəm brifinqlər zamanı bloknotdan hazır cavabları oxuması həmkarlarını qıcıqlandırıb.

Bu “əməliyyatda” Ağ Ev aparatının rəhbəri Ceff Zients və Baydenin şəxsi vəkili Baba Bauerin həyat yoldaşı Anita Dann da iştirak ediblər. Onlar Birləşmiş Ştatlar rəhbərinin hazırkı mətbuat katibinin iradəsinə zidd olaraq onu işdən çıxarmağın yolunu tapmağa çalışıblar.

Bununla belə, dekabr ayına qədər Jan-Pyer öz vəzifəsindəki yerini möhkəmləndirib.

Mənbə: life.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir