• Ç. Noy 27th, 2024

Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib.

ByVuqar Ferzeliyev

Apr 29, 2024

       Azərbaycan tarixində, xalqımızın yaddaşında möhtəşəm qələbələr, tarixi anlar və təkrarolunmaz hadisələrlə yanaşı “Heydər Əliyev İli” də yaddaşlarda əbədi qalıb. 30 ildən artıq müddətdə həsrətində olduğumuz ərazi bütövlüyü və suverenliyimizin bərpa olunmasına yönəlmiş fəaliyyətimiz hər birimizə canı qədər doğma olan bayrağımızın Xankəndidə qaldırılması ilə bitdi. Hər bir azərbaycanlı müasir tariximizdə qüdrətli dövlətin vətəndaşları olduğunun bariz göstəricisi sayılır. 44 günlük Vətən müharıbəsindəki qələbəni Ali Baş Komandan İlham Əliyevin əldə etdiyi uğurlara görə Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinə və Azərbaycan övladları, qüdrətli Ordumuzun əsgərləri, qəhrəman igidlərimizə borcluyuq.Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında bayrağımızı qaldırdıqdan sonra doğma xalqımıza müraciət etdi: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi” sözləri 20 il bundan əvvəl Azərbaycan vətəndaşlarının nə dərəcədə müdrik qərar verdiyini bir daha ortaya qoydu.

Ağdərə, Xocalı, Xocavənd şəhərləri,Sərsəng su anbarının ərazisində, Xankəndidə bayrağımızın qaldırılması bu torpaqlarda bundan sonra Azərbaycan Konstitusiyasının, qanunlarının, Ali Baş Komandanın əmrlərinin, ölkəmizin ərazi bütövlüyü olaraq bütün hüquq və normalarına uyğun idarəçiliyin tətbiqinə şərait yaradılacaq. Cənubi Qafqazda beynəlxalq hüquq və prinsiplərə əsaslanan ədalətli sülh müqaviləsinin imzalanmasına təkan verəcək: “Bu, doğrudan da Azərbaycan xalqının, bütün azərbaycanlıların həyatlarında yaşadıqları ən sevincli, ən qürurlu andır. Həmin anları bizə yaşadan bir digər məqam isə, əlbəttə ki, bu hadisələrin 15 oktyabr tarixində baş verməsidir. Məhz 15 oktyabr 2003-cü il tarixində keçirilmiş seçkilərdə Prezident seçilmiş İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini ləyaqətlə davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla apardı. Nəticədə regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan, söz sahibinə çevrilən Azərbaycanın müstəqil siyasəti, ərazi bütövlüyünün və suverenliyin bərpası təmin olundu”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantına çevirib. Cənab Prezident keçmiş ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaradır. Xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazanır, əxlaqi və liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının qəlbində özünə əbədi yer edib. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı qurub, İlham Əliyev isə onu güclü bir dövlətə çevirir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edir. Qürurlu və güclü xalqımız bu birliyi, əldə etdiyimiz qələbələri, müstəqilliyimizi əbədi etmək üçün bundan sonra da yeni zirvələr qət edəcək. Yenilməz Azərbaycan sərkərdəsinin uzaqgörən siyasəti, şanlı tariximizin yazılmasını davamlı etməklə daha böyük Azərbaycan naminə mübarizliyini əzmlə davam etdirəcək.

Vəliyeva Südabə

Saatlı Dövlət Rəsm Qalereyasının direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir