“Türkiyə Bakı ilə İrəvan arasında münasibətlərdə müsbət irəliləyişləri alqışlayır”.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı razılığın əldə olunmasını şərh edərkən bildirib.
“Biz Azərbaycanla bağlı məsələləri yaxından izləyirik. Aprelin 19-da Azərbaycan və Ermənistanın sərhəd məsələləri ilə məşğul olan nümayəndə heyətləri yenidən görüşüblər. Sərhəddə ilk dirəklər quraşdırılıb. Bu mesajı dəyərli və müsbət hesab edirik. Bu, Azərbaycana qarşı təcavüzdən imtina etməkdir”, – deyə Çelik Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən partiyanın İcraiyyə Komitəsinin iclasından sonra bildirib.
Mənbə: TRT