• Ça. Noy 26th, 2024

Mədəniyyətlərarası dialoq uğurlu platformadır

ByVuqar Ferzeliyev

May 3, 2024

         Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib ki, beynəlxalq tədbirlər məkanı olan Azərbaycan növbəti dəfə Foruma ev sahibliyi edərək bir daha öz gücünü, təşkilatçılıq bacarığını ortaya qoymuş oldu. Mədəniyyətlərarası dialoq platformasına çevrilən forum 100-dən çox ölkənin nümayəndəsini bir araya gətirdi. Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olduğunu bildirən Cənab Prezident vurğulayıb ki,: “Forum çox mühüm beynəlxalq platformadır və burada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur”.

        Forumun gündəliyi çox maraqlı və rəngarəng idi. Müzakirə olunan  mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edirdi.

        Tədbirin gedişi, burada dilə gətirilən müddəalar bir daha göstərdi ki, Azərbaycan sülsevər dövlət olaraq özünəməxsus xoşməramlı mesajlarını dünya ölkələrinə göndərir. Bu mesajlarda dinlərin və etnik qrupların nümayəndələrinin birgə yaşaması və ölkəmizin uğurlu inkişafına birgə töhfələr verən mövcud mühit öz əksini tapır. Azərbaycandakı birgəyaşayış mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Azərbaycanda tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun olaraq möhkəmlənib, dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Odlar diyarının “tolerant ölkədən tolerant dünyaya doğru” şüarını reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirməsi də əbəs deyil. Azərbaycanda islam dini ilə yanaşı, xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır.

       “Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyaya, məcburi assimilyasiyaya aparır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”, – deyə dövlətimizin başçısı bildirib. Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın:  

        Beləliklə, Azərbaycan bu gün qlobalmiqyaslı məsələlərin həllində fəal rol oynayır. Ölkəmiz beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir, sivilizasiyalararası dialoqların həyata keçirilməsi üçün mühüm təşəbbüslər irəli sürür, dünyanı narahat edən problemlərdən birgə çıxış yollarının aranması üçün uğurlu platformalar təqdim edir.

Vahid Mirzəyev,

Cəlilabad RİH-nin şöbə müdirin müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir