• Ça. Noy 26th, 2024

Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

ByVuqar Ferzeliyev

May 9, 2024

        Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri ayrı-ayrı dövlətlərlə məhz ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsindən ibarətdir. Belə ki, Azərbaycan istənilən ölkə ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Bu, xüsusda Avropa ittifaqı dövlətləri ilə ikitərəfli əlaqələrin inkişaf etdiriməsində xüsusi önəm kəsb edir. Məlumdur ki, Azərbaycan Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.

         Prezident İlham Əliyevin cari ilin 7 may tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda vurğulandığı kimi, Azərbaycan Slovakiya münasibətlərinin yaranması hər iki ölkə üçün çox önəmlidir. Çünki Slovakiya ümumiyyətlə Avropada söz sahibi olan dövlətlərdən biridir və özü də kifayət qədər güclü bir dövlətdir. Slovakiyanın baş nazirinin Bakıya səfəri zamanı imzalanan sənədlərin arasında ən önəmli sənəd təbii ki, Azərbaycanla Slovakiya arasındakı birgə Bəyannamədir. Bu, kifayət qədər əhatəli sənəddir və Slovakiya ilə əlaqələrimizin yüksək səviyyəyə çatmasında mühüm rol oynayacaq.

         Strateji tərəfdaşlığın gündəmə gəlməsi artıq Slovakiya-Azərbaycan münasibətlərinin yeni mərhələsidir və bu mərhələ hər iki dövlət üçün çox önəmlidir. Prezident İlham Əliyev öz bəyanatında vurğuladı ki, əlaqələrimizdə kifayət qədər perspektivlər var və Azərbaycan-Slovakiya münasibətlərində Bakı görüşündən sonra yeni bir səhifə açıldı. Slovakiya baş nazirinin Azərbaycana səfərindən sonra bu yeni münasibətlər hər iki ölkəyə həm siyasi, həm iqtisadi, həm də maddi dividentlər gətirəcək.

         Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar.

         Azərbaycan-Slovakiya biznes forumunda da bu məsələ bilavasitə vurğulanıb. Ticarət, energetika, sənaye, nəqliyyat və turizm sahələri üzrə əməkdaşlığı gücləndirməyə əlavə fürsətlər verir. Düşünürəm ki, qeyd edilən bütün istiqamətlərdə iki ölkə arasında münasibətlər artan dinamika ilə davam edəcək. Azərbaycanın Orta Asiyadan əlavə, Avropa istiqamətində də iqtisadi kontekstdəki əlaqələrində genişlənmə prosesi gedir.

İlkin Zeynalov,

Lənkəran-Astara Regional Təhsil İdarəsinin

Cəlilabad rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir