• Ça. Noy 26th, 2024

İkitərəfli münasibətlər genişlənir

ByVuqar Ferzeliyev

May 9, 2024

        Slovakiyanın Baş naziri Robert Fitso mayın 7-də Azərbaycanda rəsmi səfərdə olarkən Azərtaca və AzTV-yə müsahibəsində deyib ki, “sizin Prezidentlə görüşdüm və çox praqmatikdir, konstruktivdir, həm daxili, həm də xarici siyasətdə praqmatik şəxsiyyətdir. Düşünürəm ki, biz bu sahədə eyni keyfiyyətləri bölüşürük. Eyni zamanda, bu, mənim də yanaşmamdır. Deməliyəm ki, mən başqa ölkələrin daxili işlərinə qarışmayan siyasətçiyəm və hər bir ölkə öz yolunu seçmək haqqına malikdir. Yenə də deyirəm, əgər bir-birimizə bu şəkildə hörmətlə yanaşsaq, əminəm ki, əməkdaşlığımız fərqli keyfiyyətə malik olacaq”.

        Tamamilə doğru fikirlərdir və dövlətimizin rəhbəri haqqında deyilən sözləri alqışlayırıq. İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 mart 2004-cü ildə Slovakiya Respublikasına işgüzar səfəri böyük rol oynayıb.  Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Bir çox sahələr üzrə aparılacaq işlərə də önəmli razılıq əldə olunub. 

        Müstəqil siyasəti aparan iki ölkə kimi, Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar.İmzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir.

         Bu dəfəki görüşdə Slovakiya ilə Strateji tərəfdaşlıq  haqqında Birgə Bəyannamə imzalanmışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, çox ciddi siyasi, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.

       Bu gün Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Ölkə başçısı öz çıxışında bu məqama xüsusi olaraq diqqət ayıraraq bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparıldığını və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara start verildiyini bildirdi.

Dəyanət Əskərov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir