• Ça. Noy 26th, 2024

Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır

ByVuqar Ferzeliyev

May 9, 2024

        Azərbaycanla sıx iqtisadi, siyasi əlaqələr qurmaq istəyən Avropa İttifaqına üzv dövlətlərin sayları durmadan artmaqdadır. Bir çox Avropa dövlətləri Azərbaycanı dost, etibarlı tərəfdaş ölkə kimi görür və bu, ölkə başçımızın apardığı uğurlu xarici siyasətin nəticəsidir. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır və beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasət həyata keçirir. Bu əlaqələr isə həm Azərbaycanın, həm Azərbaycana digər ölkələr tərəfindən verilən yüksək qiymətdən irəli gələn qarşılıqlı münasibətlərdir.

       Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü, Azərbaycan-Bolqarıstan əməkdaşlığının müxtəlif aspektlərinin müzakirə olunması bir çox sahədə yeni nəticələr əldə olunmasına yönəlmişdir.

        Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. İki ölkə arasında 60-dan çox sənəd imzalanıb.

        Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir.  İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.

Dövlət başçıları tərəfindən verilən bəyanatlarda vurğulanmışdır ki, iki ölkə arasındakı strateji tərəfdaşlığının gücləndirilməsinə dair Bəyannamənin imzalanması, iqtisadi, enerji, nəqliyyat sektorları və humanitar əlaqələrin daha güclənməsinə gətirib çıxaracaq.

        Ümumilikdə Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Həm də ölkəmizin Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olması Avropa ilə Asiya arasında tranzit yükdaşımaların həyata keçirilməsində yeni fürsətlər yaratmışdır. Azərbaycan Bakı -Tiblisi -Qars dəmir yolunun Gürcüstandan keçən hissəsinin yükburaxma qabiliyyətini 1 milyon tondan 5 milyona artırmaqla tranzit imkanlarımızı genişləndirmişdir. Bolqarıstan üçün bu dəhliz iqtisadi əməkdaşlığın genişləndirilməsində yeni imkanlar açır.

Fuad Mürsəlli,

ADPU Cəlilabad filialının tarix müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir