• Ça. Noy 26th, 2024

Ailə Dəyərləri Və Onların Dəyişmə Dinamikası-Mehriban Ağayeva Yazır

ByVuqar Ferzeliyev

May 10, 2024

Azərbaycan Respublikasının Prezidentiyanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər Kadrların Yenidən Hazırlanması fakultəsinin Sosial iş, Gənclərlə İş ixtisası üzrə magistr Ağayeva Mehriban Bəybala qızı


Mövzu: Ailə dəyərləri və onların dəyişmə dinamikası


Tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Önəmlidir ki, bir sıra toplumlardan fərqli olaraq, Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlamaqdadır.
Ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimizlə tərbiyə olunmalıdırlar. Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının özülüdür. Ailəsini qoruyan torpağını qoruyacaq, ailəsinin sabitliyini istəyən Vətənin əmin-amanlığını istəyəcəkdir. Ailədən aşılanan müsbət mənəvi-psixoloji iqlim ictimai mühitə də nüfuz edir
Ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimizlə tərbiyə olunmalıdırlar. Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının özülüdür. Ailəsini qoruyan torpağını qoruyacaq, ailəsinin sabitliyini istəyən Vətənin əmin-amanlığını istəyəcəkdir. Ailədən aşılanan müsbət mənəvi-psixoloji iqlim ictimai mühitə də nüfuz edir
Vaxtilə xaricdən gətirilən, dövrümüzdə isə əsasən də internet, yeni media, sosial şəbəkələr və KİV vasitəsilə hayatımıza yeridilən basqıların qarşısını almaq xeyli çətindir. Bu istiqamətdə araşdırmalarımızı cəmiyyətə təqdim etməklə milli ailə dəyər sistemimizin, ağsaqqallıq-ağbirçəklik institutunun, fəlsəfəsinin zəifləməsinin qarşısını almaq, ailələrdəki münaqişələrin, boşanmaların, nəsillərarası mənəvi-psixoloji toqquşmaların qarşısını, qismən də olsa, almaq üçün ictimai-virtual aksiyaların həyata keçirilməsi dəstəklənməlidir. Eyni zamanda, bu istiqamətdə güclü maarifçilik işləri aparılmalı, sadalanan problemin həllinə yönəli bir çox məsələlər vaxtında ictimailəşdirilməlidir. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında ailə, qadın və uşaq hüquqları ilə bağlı fundamental hüquqi müddəalar əksini tapmış, hər bir vətəndaşın nikah hüququ təsbit edilmiş, dövlətin ailə ilə bağlı siyasətinin əsas konturları müəyyənləşmişdir. Ölkə Konstitusiyasının “Ailə, uşaqlar və dövlət” adlanan 17-ci maddəsində göstərilir ki: “I. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək vali- deynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər”.Azərbaycan Respublikası Konstitusiyasında nikah münasibətləri zamanı iradə azadlığını, ərlə arvadın hüquq bərabərliyini tənzimləyən 34-cü maddənin (Nikah hüququ) mövcudluğu da diqqətəlayiqdir. Həmin maddəyə əsasən: “I. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. II. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
Bu gün ölkəmizdə ailə hüquq münasibətlərinin tənzimlənməsi sahəsində müəyyən obyektiv problemlərin mövcudluğunu da qeyd etmək lazımdır. Həyata keçirilən kompleks tədbirlərə baxmayaraq, cəmiyyətdə ailə institutunun bütövlüyünə və müqəddəsliyinə xələl gətirən neqativ məqamlara da rast gəlinir. Məişət zorakılığı, yetkinlik yaşına çatmayanların ailə qurmağa sövq edilməsi fonunda baş tutan erkən nikahlar, boşanmalar zamanı meydana çıxan ailədaxili münaqişələr, alimentin ödənilməməsi və sadalamadığımız başqa problemlərə Azərbaycanda da rast gəlinir.
Bütün bunlar, ilk növbədə, cəmiyyətdə ailə qanunvericiliyi ilə bağlı maarifləndirmə işinin keyfiyyətcə müasir dövrün tələblərinə uyğunlaşdırılmasını, bu sahədə hüquqi maarifləndirmə və təbliğatın gücləndirilməsini zəruri edir. Eyni zamanda, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar, yaxud digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, valideyn hima- əyəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.
Saatlı rayonu və ya hər hansı digər bir ərazi üzrə ailəvi dəyərlər geniş spektrumda dəyişiklik göstərə bilər və mədəni fərqliliklər ola bilər. Lakin ümumi olaraq, bir ailədə dəyərlər, insanların bir-biri ilə və ictimaiyyətlə əlaqələrini təyin edir və tənzimləyir. Saatlı rayonu və ya hər hansı bir ərazi üzrə geniş yayılmış olan potensial ailəvi dəyərlər aşağıdakıları əhatə edə bilər: Əhval-ruhiyyə Mənafəətləri: Ailə üzvləri arasında dəstək, anlayış və mənafəətlərə nail olmaq üçün əhval-ruhiyyə əlaqələri və dəyərlər. Əməkdaşlıq və Tərəfdaşlıq: Ailə üzvləri arasında əməkdaşlıq və tərəfdaşlıq prinsipləri ilə birlikdə həyat qurmağa dair dəyərlər. Tərbiyə və Ədəbiyyat: Uşaqların sağlam tərbiyə almasına və ədəbiyyatın təşviqinə dair dəyərlər. Hörmət və Dürüstlük: Ailə üzvləri arasında hörmət və dürüstlük prinsipləri. etmə prinsipləri..və s. Bu dəyərlər, bir ailənin güclü və sağlam olmağa, müstəqil düşünməyə və müsbət bir ictimai təsir yaratmağa nail olmağını təmin edir. Ailəvi dəyərlər, bir ailənin sadəcə kiçik bir qrup deyil, həm də daha böyük ictimaiyyət və dünya üçün də müsbət bir təsir yaratmağında katalizator rolunu oynaya bilər.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir