“Sabah İrəvanın və ölkənin 10 müxtəlif yerində vətəndaş itaətsizliyinin dinc aksiyaları keçiriləcək”.
Bu sözləri Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Srbazan (Qalstanyan) İrəvanın Respublika meydanında keçirilən mitinqdə çıxışı zamanı deyib.
“Əlbəttə ki, bütün detalları əvvəlcədən açıqlamayacağıq. Sabah mitinq olmayacaq, bir araya gəlib nə edəcəyimizi konkret şəkildə müzakirə edəcəyik”, – deyə o bildirib.
Srbazanın sözlərinə görə, növbəti mitinq mayın 12-si, saat 18:30-da baş tutacaq.
Mənbə: Ermənistan KİV