“Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışı zamanı söyləyib.
“Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin”, – deyə dövlətimizin başçısı qeyd edib.