• Be. Noy 25th, 2024

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını AÇIQLADI

ByYenigun.news

May 12, 2024




Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfərinin niyə baş tutmamasını izah edib.

“Bizim ABŞ-yə səfərimiz iki tərəfin uyğun olmayan qrafikləri səbəbindən təxirə salındı. Bildiyiniz kimi, tezliklə ABŞ-də seçki keçiriləcək və cənab Baydenin qrafiki daha da gərginləşib. Belə səfərlər hər iki tərəf üçün əlverişli vaxtda baş verir”, – Türkiyə Prezidenti Ərdoğan Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində bildirib.

Qeyd edək ki, Ərdoğanın Vaşinqtona səfəri mayın 9-na planlaşdırılmışdı. Aprelin 26-da “Haber Global” telekanalı ABŞ-li rəsmiyə istinadən Türkiyə liderinin iş qrafikindəki dəyişikliklərlə əlaqədar səfərin ləğv edildiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir