• Be. Noy 25th, 2024

Gürcüstan prezidenti müxalifətə səsləndi

ByYenigun.news

May 13, 2024




Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə müxalifətinə müraciət edib. O, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarlarını, yəni müxalifəti “son dərəcə diqqətli” olmağa çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə prezident keçirdiyi brifinqdə bəyanatla çıxış edib.

O deyib: “Mitinq iştirakçılarına müraciət etmək istəyirəm ki, diqqətli olsunlar. Bəzilərinin sizi – müxalifəti təxribata çəkmək planları var. Buna görə də, istəyirəm ki, siz çox diqqətli olasınız. Bu, qorxu deyil, ehtiyatlı olmaqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir