• Be. Noy 25th, 2024

Erməni təbliğat maşınının əlaltıları: Adlar, faktlar… – VİDEO

ByYenigun.news

May 13, 2024




Ermənistanda daxili siyasi qarşıdurma davam edir, informasiya müharibəsi isə hər zaman onun mühüm tərkib hissəsi olub və gələcəkdə də belə olmaqda davam edəcək.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti analitik videosüjetdə bildirilib.

Müəllif qeyd edib ki, 2018-ci ildə baş vermiş “kabab inqilabı” da məhz bu prinsip əsasında həyata keçirilmişdi:

“İndiki “əks-inqilabın” əsasında məhz bu faktor dayanır, lakin bu dəfə klerikal qiyafədə”.

Süjetin davamında müəllif hazırkı hökuməti və baş nazir Nikol Paşinyanı sərt tənqid edən müxalifətçi, “Mənim adımla” podkastının aparıcısı Vazgen Saqatelyanın həbsini xatırladıb.

“Ermənistanda müxalifətin “Mənim şərəfim var” parlament fraksiyasının üzvü Tiqran Abramyan baş verənləri şərh edərkən söyləyib ki, hakimiyyətin əsas məqsədi Vazgen Saqatelyan deyil, cəmiyyətdə qorxu mühiti yaratmaq və aktiv vətəndaş mövqeyinə malik insanlara siqnal ötürməkdir”, – deyə süjetdə qeyd olunub.

Daha ətraflı videosüjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir