“Mayın 14-də keçiriləcək plenar iclasda Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu üçüncü və yekun oxunuşda qəbul edəcək”.
Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze gürcü jurnalistlərlə keçirdiyi mətbuat konfransında bildirib.
“Sabah Gürcüstan parlamenti əhalinin əksəriyyətinin rasional iradəsinə uyğun hərəkət edəcək və tətbiq edilən qütbləşməyə son qoymaqda həlledici rol oynayacaq xarici agentlər haqqında qanunu üçüncü oxunuşda qəbul edəcək”, – deyə Kobaxidze bildirib.
O, həmçinin ölkənin hakim partiyasının təsisçisi Bidzina İvanişvilinin məsələ ilə bağlı mövqeyinə də toxunaraq, qeyd edib ki, siyasətçi ABŞ dövlət katibinin köməkçisi Ceyms O Brayen ilə mayın 14-də Tbilisidəki görüşdən imtina edib.
Mənbə: TASS