• Bz. Noy 24th, 2024

Co Bayden kimə işlədiyini bir daha etiraf etdi – VİDEO

ByYenigun.news

May 14, 2024




ABŞ Prezidenti Co Bayden kimə işlədiyini bir daha etiraf edib.

Bu barədə o, Asiya-Amerika, Yerli Havay və Sakit Okean Adaları İrs Ayını qeyd etmək üçün bazar ertəsi Ağ Evdə verdiyi ziyafətdə danışıb.

O, bildirib ki, vitse-prezidenti Kamala Harris üçün işləyir.

“Adım Co Baydendir. Mən Kamala Harris üçün işləyirəm. Ondan vitse-prezidentim olmasını xahiş etdim, çünki məndən daha ağıllı birinə ehtiyacım olduğunu bilirdim”, – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Bayden bu barədə ilk dəfə danışmayıb. Ötən ilin may ayında ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin təltif edildiyi “EMILY’s List” mərasimində – “Dostum Kamalaya da təşəkkür etmək istəyirəm – mən Ağ Evdə onun üçün işləyirəm”, – deyə ağzından qaçırmışdı.

Mənbə: KP.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir