• C. Noy 22nd, 2024

AZAD İQTİSADİ ZONALARIN YARADILMASI İQTİSADİ İSLAHATLARIN TƏRKİB HİSSƏSİDİR

ByYenigun.news

İyl 5, 2021

Prezident İlham Əliyevin rəhbərliyi altında bu günədək ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından atılan addımlar, milli iqtisadiyyatın müxtəlif sahələrinin əlaqələndirilməsi, ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, investisiya mühitinin daha da yüksək səviyyəyə qaldırılması istiqamətində olduqca vacib layihələrin icrası təmin olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi çətinliklərinə baxmayaraq, güclü iqtisadiyyata malik ölkəmizdə bu proseslər uğurla davam etdirilir. Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunmaqdadır. Ələt Azad İqtisadi Zonasının yaradılması da bu baxımdan növbəti məntiqi addım kimi qiymətləndirilməlidir. Ümumiyyətlə, ölkəmiz üçün yeni iqtisadi hadisə kimi qiymətləndirilə bilən Azad İqtisadi Zonaların yaradılması geniş miqyas alan iqtisadi islahatların ən mühüm tərkib hissəsi hesab edilə bilər. Ələt İqtisadi Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir. Cənab Prezident tərəfindən 2019-cu ildə imzalanmış, “Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq fərmanlara əsasən bu ərazidə iqtisadi fəaliyyətin hüquqi-texniki əsasları müəyyən edilib. Həmin sənədə əsasən, müvafiq dövlət qurumları AİZ-də biznes, vergi, gömrük, digər iqtisadi və sosial tədbirlərin hüquqi-iqtisadi mexanizmləri hazırlayıblar. Ələt AİZ-in Yol Xəritəsi müəyyən edilib. Belə ki, Ələt AİZ-də maliyyə və sığorta xidmətləri, torpaq münasibətləri, gömrük, miqrasiya, əmək münasibətləri, vergi tənzimlənməsi, notariat fəaliyyəti, müflisləşmə və iflas, rəqabət. əqli mülkiyyət, ətraf mühit və s. məsələlərlə bağlı xüsusi güzəştlər tətbiq olunacaq. Ələt AİZ-də fəaliyyət göstərəcək investorlar bütün vergilərdən azad ediləcək, müxtəlif növ güzəşt və stimullardırıcı addımlar tətbiq olunacaq Yəni

xarici ticarətdə güzəştlər (ixrac-idxal rüsumlarının azaldılması və ya ləğvi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi), fiskal güzəştlər – müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılmasını nəzərdə tutulur. Bu güzəştlər vergi bazası (mənfəət və ya gəlir, əmlakın dəyəri və s.) və onun ayrı-ayrı komponentlərini (amortizasiya ayırmaları, əməkhaqqına, elmi-texni tərəqqiyə və nəqliyyata çəkilən xərclər), vergi dərəcələrinin səviyyəsini, vergilərdən daimi və ya müvəqqəti azadolmalar kimi məsələləri əhatə edə bilər. Eyni zamanda, maliyyə güzəştləri – subsidiyaların müxtəlif formalarını əhatə edir. Subsidiyalar büdcə vəsaitləri və güzəştli dövlət kreditləri hesabına – birbaşa və kommunal xidmətlərə aşağı qiymət qoymaqla, torpaq sahələrindən istifadə etmək üçün icarə haqqının azaldılması yolu ilə – dolayı formalarda verilə bilər. AİZ-də administrativ (inzibati) güzəştlər – müəssisələrin qeydiyyatdan keçirilməsi, xarici vətəndaşların ölkəyə girişi və çıxışı prosedurlarının sadələşdirilməsini nəzərdə tutulur.
Bəxtiyar Məhərrəmov, ADPU Cəlilabad filialının Sosial elmlər kafedrasının baş müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir