• C. Noy 22nd, 2024

AZƏRBAYCANIN NÖVBƏTİ UĞURLU ADDIMI

ByYenigun.news

İyl 5, 2021

Azərbaycan indi tarixində heç vaxt olmadığı qədər güclüdür. Görünən bir reallıq var ki, Azərbaycan yerləşdiyi regionun ən güclü dövlətidir və onun iştirakı olmadan regionda hər hansı bir qərarı qəbul etmək və reallaşdırmaq mümkün deyil.Xüsusilə nəzərə alsaq ki, son illərdə dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı investisiyaların həcmini də azaldıb. Əlbəttə ki, pandemiya da dünya iqtisadiyyatına mənfi təsir göstərib. Belə bir tarixi məqamda bu addımı atmaq, əlbəttə ki, həm böyük cəsarət tələb edir, həm də bizim inamımıza əsaslanır. Ona görə hesab edirəm ki, qanunvericilik sahəsində görülən işlər həm investorların, həm də Azərbaycan dövlətinin maraqlarını tam təmin edir. Ondan sonra 2018-ci ildə artıq praktiki işlərə başlanılmışdır. Bu 850 hektarlıq ərazi ayrılmış, Ələt Azad İqtisadi Zonasının konsepsiyasının işlənməsinə start verilmiş, işçi qrup yaradılmış və artıq işlər praktik müstəviyə keçmişdir. Ələt Azad İqtisadi Zonası tranzit-logistik imkanlar da təqdim edəcək. Bura həm Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yerləşdiyi, həm də beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi ərazidir. Azad iqtisadi zona üçün belə əlverişli məkanın seçilməsi bu ərazidə idxal-ixrac əməliyyatlarının həyata keçirilməsini asanlaşdıracaq. Ələt Azad İqtisadi Zonasının planlaşdırılmasında və bu ərazinin fəaliyyəti ilə bağlı qanunvericilik bazasının hazırlanmasında dünyanın bu sahədə ən uğurlu təcrübələri öyrənilərək istifadə olunub. Bu iqtisadi zonaya investisiya qoyacaq sərmayədarların maraqları tam şəkildə təmin olunacaq. Deyə bilərik ki, Ələt Azad İqtisadi Zonası ölkə iqtisadiyyatının şaxələndirilməsini sürətləndirəcək və neft sektorundan asılılığın azaldılmasına töhfə verəcək. Ələt Azad İqtisadi Zonasının yaradılması qeyri-neft sektorunun inqilabi dəyişikliyi deməkdir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, pandemiya planlarımızı təxirə salsa da, indi həm ölkəmizdə, həm də bir çox ölkələrdə pandemiya səngiyir. Təməl qoyma mərasiminin keçirilməsi Azərbaycanın bu prosesə tam hazir olduğunu göstərməkdədir. Prezident İlham Əliyevin xarici investorların prosesə cəlb edilməsi ilə bağlı verdiyi tapşırıqlar Ələt Azad İqtisadi Zonanın ölkəmiz, region və dünya iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyətə malik oldugu göstərir. Xarici sərmayənin bu prosesə cəlb edilməsi üçün ölkəmizdə saglam iqtisadi mühüt formalaşıb. Ələt Azad İqtisadi Zonası ölkəmizin növbəti iqtisadi yüksəlişinin təməlidir. İllərdir həyata keçirilən beynəlxalq layihələrdə iştrakımız Azərbaycanın bu yöndə etibarlı tərəfdaş, stabil ölkə olduğunu nümayiş etdirib.

Neft asılılığından xilas olub qeyri-neft sənayesinin inkişafına qədər mühüm bir dəyişkliyin şahidi olacağiq. Qarabağda Ordumuzun böyük qələbəsi, Azərbaycanda təhlükəsizliyin təmin edilməsi, sabitlik mühiti qoyulacaq sərmayənin şərtləndirən əsas amillərdəndir. Azərbaycan miqiyasca bu böyuk iqtisadi mərhələyə tam hazırdır. Ölkə başçımız Ələt Azad İqtisadi Zonasının gələn ilin iyul ayında artıq öz investorlarını qəbul etməyə hazır olacağını bildirdi. Beləliklə, Ələt Azad İqtisadi Zonası Azərbaycanın uğurlu iqtisadi gedişinin növbəti mərhələsi olacaqdır. İndiyə qədər mümkünsüz hesab olunan ancaq dövlətimizin qətiyyəti ilə reallaşdırılan bir çox layihə kimi bu layihə də uğurla həyata keçiriləcək və ölkəmizin gələcək inkişafında öz rolunu oyanayacaqdır.

İlqar Həsənov, Göytəpə şəhər bələdiyyəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir