• Ça. Noy 26th, 2024

Prinsipial mövqe

ByVuqar Ferzeliyev

İyn 10, 2024

Azərbaycanın müstəqil dövlət kimi yürütdüyü xarici siyasət kursunda mühüm faktor olan İslam ölkələri sırasında Misir başlıca yerlərdən birini tutur. Ölkəmizin ərazi bütövlüyü məsələsində hər zaman respublikamızı müdafiə edən Misir Ərəb Respublikası Zəfər savaşı günlərində və ondan sonra da Azərbaycanın haqlı mövqeyinə dəstək verib.

İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan həmişə rəsmi Qahirənin dəstəyini qazanıb. Siyasi-mədəni əlaqələrlə yanaşı, son illər Azərbaycanla Misir arasında iqtisadi əlaqələr də inkişaf edib.

 Prezident İlham Əliyevin cari ilin 8 iyun tarixində Qahirəyə rəsmi səfərinin bundan sonrakı əlaqələrin inkişafına böyük töhfə verəcəyini bildirən dövlətimizin başçısı İlham Əliyev keçirilən səmərəli görüşlərdə bir çox məsələlərin müzakirə edildiyini və gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəlindiyini, bunun üçün bütün imkanların olduğunu söylədi. Gələcək əməkdaşlığa toxunan Prezident İlham Əliyev BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsindəki tədbirlərdə ənənəvi olaraq tərəflərin gələcəkdə də bir-birinə qarşılıqlı dəstək göstərəcəyini vurğuladı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur.

Məlum olduğu kimi, Qəzzada davam edən müharibə fonunda Azərbaycana qarşı ittihamlar artır. Qahirə ilə yaxınlaşma və Qahirədən dəstək almaq bu ittihamları zəiflədir. Çünki Misir İsrail-Həmas müharibəsində əsas vasitəçi ölkədir və Azərbaycanın Fələstin məsələsində Qahirəni dəstəkləməsi Bakı üçün ağıllı gedişdir. Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır.

 Prezident İlham Əliyev mətbuata bəyanatında Ermənistan-Azərbaycan münaqişəsinin başa çatdığını, artıq bu problemin həll olunduğunu, Qarabağın işğaldan azad edilərək Azərbaycanın ayrılmaz hissəsi olaraq qaldığını və bütün bunlardan sonra sülhə yaxınlaşıldığını, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı təkliflərin irəli sürüldüyünü və bu müqaviləsinin zəruriliyini xatırlatdı.

Mübariz Əsədov, 

Cəlilabad şəhər 3 nömrəli

tam orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir