• Ça. Noy 26th, 2024

Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir

ByVuqar Ferzeliyev

İyn 23, 2024

İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərindən reportaj yayımlanıb. Prezident İlham Əliyevin televiziya kanalına verdiyi müsahibəsində çox dəqiq  deyilmiş mesajlar var. Cənab Prezident deyib ki, Azərbaycan Avropanın qaza olan tələbatını ödəməkdə israrlıdır, hal-hazırda bunu həyata keçirir. Azərbaycanın ixrac etdiyi qazın əsas alıcılarının böyük əksəriyyəti məhz Avropa dövlətləridir. Azərbaycan qazına olan mövcud tələbat həmin dövlətlər tərəfindən də dəfələrlə söylənilib. Azərbaycana çoxlu müraciətlər var. Azərbaycan da bu baxımdan Cənub Qaz Dəhlizi layihəsini inkişaf etdirmək istəyir. Hal-hazırda bu layihəyə əlavə layihələr də qoşulur. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etməklə bu layihənin şaxələndirilməsi planlaşdırılır. Bu, alternativlərin və seçimlərin olması deməkdir, təhlükəsiz şəkildə Azərbaycanın qaz ixracatını davam etdirməyinə əsas sübutlardan biridir. Bunun da öhdəsindən Azərbaycan uğurla gəlməkdədir. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi layihəsinin təməli qoyuldu.

         Prezident vurğulayıb ki, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır.Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialımız 157 giqavat təşkil edir. Artıq mühüm yolu qət etməyə başlamışıq.        Azərbaycanın böyük tərəfdaşları var. “Masdar” ölkəmizin strateji tərəfdaşıdır. Həmçinin “ACWA Power” və BP sərmayədarlarımız sırasındadır. Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. “Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır.

        Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. “Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Ələkbər Dövlətov,

Lənkəran-Regional Qaz İstismarı İdarəsinin

rəisinin Cəlilabad rayonu üzrə müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir